Milli Məclisin deputatı Ceyhun Məmmədov sosial media hesabında gənclərə öz təcrübələrini paylaşıb:
Deputat bildirib ki, inanıram ki, bu tövsiyələr gənclərimiz üçün maraqlı və faydalı olacaq:
1. Fərdiyyətçi, yalnız özünü və öz mənfəətini düşünənlərdən olmayın.
2. Şəxsi mənafeyinizi heç zaman ictimai mənafedən üstün tutmayın.
3. Həyata yalnız yeyib-içmək, əylənmək və gəzmək üçün gəlmədiyimizi unutmayın.
4. Vətənin həqiqi daşı olun, onu sevin, göz – bəbəyiniz kimi qoruyun.
5. İnsanları sevin, özünüzü onların yerinə qoymağı bacarın.
6. Heç zaman vicdanınıza və insafınız xəyanət etməyin.
7. Təqlidçi, hər sözə araşdırmadan inanan insanlardan olmayın.
8. Dürüstlüyünüzü və səmimiyyətinizi heç nəyə qurban verməyin.
9. Hər zaman bilik və bacarıqlarınızı artırın.
10. Qeybətdən, söz aparıb gətirməkdən, kin və küdurətdən hər zaman uzaq olun.
