26 C
Baku
11 Sentyabr 2025, 19:28
Baş xəbər

Ceyhun Məmmədov: “Azərbaycan əsgərinin vəhşicəsinə döyülməsi erməni xalqının əsl mahiyyətini tam əks etdirir”

“Azərbaycan əsgərinin vəhşicəsinə döyülməsi, qətldə günahlandırılması erməni xalqının əsl mahiyyətini tam əks etdirir.

İllər keçib bu xalqın mahiyyəti və xəstə təxəyyülü dəyişməyib və görünən odur ki, heç zaman dəyişməyəcək.

Ona görə tariximizi yaxşı öyrənib, ciddi nəticələr çıxarmalıyıq. Tarix xalqlar başlarına gələn faciələri unutmayanda təkrarlanmır.

Azərbaycanlılar heç vaxt ermənilərlə belə vəhşi davranmayıblar, əksinə yaralı erməni əsgərinə ilkin tibbi yardım göstəriblər. Çünki bizim dinimiz, mədəniyyətimiz bizə digər xalqlara qarşı vəhşiliyi təbliğ etmir”.

Bugun.tv xəbər verirki, bu fikri Milli Məclisin deputatı Ceyhun Məmmədov öz sosial media hesabında qeyd edib.

“Bu həm də onu göztərir ki, Ermənistan, erməni xalqı sülhə hazır deyil. Tarixin bütün dövrlərində olduğu kimi, bu gün də erməni xalqı qisas və düşmənçilik hissi ilə yaşayır. Avropa Parlamenti, Fransa və Ermənistanın digər havadarları bu vəhşiliyə münasibət bildirsinlər, bu barbarlığı pisləsinlər. Əsil vəhşilik və barbarlıq budur. Vəhşi, barbar biz yox ermənilərdir”, C.Məmmədov vurğulayıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

İşğalçılar Livanın cənubuna hava hücumu təşkil edib

Aynur Camal

Son sutka ərzində nazirlər kabinetinin COVID 19-Ia bağlı açıqlaması

Aynur Camal

Avtomobil yük maşınına çırpılaraq aşdı: 1 ölü, 1 yaralı var

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu