“2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, onların şahidləri olan qazilərimizin qanı və canı bahasına işğaldan azad olundu.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamına əsasən hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü, noyabrın 8-i isə Zəfər Günü kimi qeyd olunur.
44 günlük müharibədə olduğu kimi bundan sonra da bir və həmrəy olmalı, bu qələbəni daim qoruyub saxlamalıyıq.
Əziz həmvətənlər! Bu əlamətdar bayram münasibətilə hər birinizi ürəkdən təbrik edirəm. Bayramınız mübarək!”.
