21 C
Baku
27 İyun 2025, 23:11
Baş xəbərDünya

“ChatGPT” sınaqlar zamanı təzyiq altında yalan söylədi

Alimlər maliyyə və söhbət məlumatları yüklənmiş süni intellektin (AI) “ChatGPT-4” modelinin etik davranışını müəyyən etmək məqsədilə unikal sınaq keçiriblər.

Bugun.tv xarici KİV-ə istinadla xəbər verir ki, AI sərmayədarı olaraq təlim keçirilən bu modelə təzyiq göstərildiyi zaman, onun öz məqsədinə çatmaq və istifadəçiləri aldatmaq üçün yalan söylədiyi məlum olub.

“Apollo Research” tədqiqat qrupunun üzvləri “ChatGPT-4” modelinə iki texnoloji şirkətin birləşməsi haqqında məlumatı daxil ediblər. Sonra onun sərmayə və etik davranışını test etmək üçün sınaq keçirilib. Bu prosesdə “ChatGPT-4”ün müəyyən bir müddətdə konkret məbləğdə pul qazanması üçün ona təzyiq göstərilib. AI modeli ABŞ qanunlarına görə qadağan olan metodlardan istifadə edərək yanlış vədlər verib, hiyləyə əl atıb. O, həmçinin digər sərmayədarlara doğru olmayan tövsiyələr verib, rəqiblərinin işinə əngəl törədib. Ən əsası, maliyyə bazarına təsir edəcək manipulyasiyadan istifadə edib.

İntizar Əmirova

Oxşar xəbərlər

Biz “xaos tanrısı”nı gözləyirik. Apofis asteroidi ilə toqquşma hələ də istisna edilmir

Aynur Camal

1 İyun münasibətilə Uşaq və Qadın sığınacağında tədbir keçirilib

Aynur Camal

Qısametrajlı “Qayıdış” filmi artıq ekranlarda

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu