23 C
Baku
28 İyul 2025, 9:09
Texnologiya

Chery-nin yeni avtomobil markası Jaecoo yeni modellərini təqdim edəcək

Chery ilin ikinci yarısında Jaecoo markasının yeni modellərini nümayiş etdirəcək. JAECOO 7 PHEV və JAECOO 8 PHEV avtomobilləri Çinin paytaxtında baş tutacaq “2024-cü il Pekin Beynəlxalq Avtomobil Sərgisi”ndə təqdim olunacaq.

“Yeni Enerji, Yeni Eko, Yeni Əsr” mövzusu ilə çıxış edəcək brend, yarmarkada yeni enerji Off-Road xəritəsini və qlobal strategiyasını açıqlayacaq.

Jaecoo qonşu ölkə Türkiyəyə isə ilin ikinci yarısında gətiriləcək. Satılacaq ilk model kompakt SUV Jaecoo 7 olacaq. Daha sonra elektrik SUV modeli Jaecoo 8 satışa çıxarılacaq. Bu model bəzi ölkələrdə Chery Tiggo 9 Pro adı ilə tanınır.

Qeyd edək ki, Chery Group 2023-cü ildə satışlarını yüzdə 52,6 artıraraq istifadəçilərinə 1 milyon 881 min 316 avtomobil təhvil verib.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Ən uzaq qalaktikalardan birinin sirri açıldı

Bugün TV

Canondan yenilik var!

Teymur Əziz

Bu funksiya Xiaomi telefonlarından silinir!

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu