19 C
Baku
8 Sentyabr 2024, 3:29
Dünyaİqtisadiyyat

“Chevron” Argentina neft yatağının işlənməsi üçün 500 milyon dollara qədər sərmayə qoyacaq

ABŞ-ın neft istehsalçısı “Chevron” Argentinanın cənubundakı neft və qaz yatağının işlənməsinə ilin sonuna qədər 500 milyon dollara qədər sərmayə qoymağa hazırlaşır.

Bugun.tv xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Sergio Massa bildirib.

“Biz “Chevron” ilə investisiya proqramında yeni addımlar barədə razılığa gəldik. Gələn həftə onlar El Trapial yatağının işlənməsi üçün 300 milyon dollar köçürəcəklər”, nazir Twitter-də bildirib.

Onun sözlərinə görə, layihəyə investisiyalar il ərzində 500 milyon dollara qədər yüksələ bilər.

Argentina İqtisadiyyat Nazirliyi bildirib ki, Nazirlər Kabineti “Chevron”a neft və qaz hasilatının 20%-nin satışı üzrə ixrac rüsumunu qaldıran fərmanının “El Trapial” layihəsini əhatə edəcək şəkildə uzadılacağını söz verib. Yataq Repsol-YPF tərəfindən 2010-cu ildə Neuken əyalətində kəşf edilmiş Vaca Muerta şist karbohidrogen yatağının bir hissəsidir. 2013-cü ilin məlumatlarına görə, onun ehtiyatları 16 milyard barel neft və 308 trilyon kub fut şist qazı səviyyəsində qiymətləndirilir.

Mənbə: TASS

 

 

Nigar Məmmədova

Oxşar xəbərlər

Tayvanda yeni prezident seçildi

Aynur Camal

İstanbulda xəstəxanada yanğın: Xəstələr təxliyə edilib

Aynur Camal

İki ölkə arasında “nəqliyyat xətləri” haqqında saziş

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu