CIA İran mesajı, ABŞ-İran gərginliyi, Mərkəzi Kəşfiyyat İdarəsi çağırış, İran xalqına müraciət, təhlükəsiz əlaqə təlimatı, VPN və Tor tövsiyəsi, ABŞ İran münasibətləri, beynəlxalq siyasət xəbəri.
Dünya

CIA-dan İran xalqına çağırış: “Yardım etməyə hazırıq”

Central Intelligence Agency (CIA) ABŞ-İran gərginliyinin artdığı bir dövrdə farsdilli sosial media hesabı vasitəsilə İran xalqına müraciət edib.

Qurum paylaşımında bildirib ki, İran vətəndaşları təhlükəsiz şəkildə CIA ilə əlaqə saxlaya bilərlər. Açıqlamada qeyd olunub: “Salam. Mərkəzi Kəşfiyyat İdarəsi ilə təhlükəsiz əlaqə qurmaq üçün tövsiyələr aşağıda təqdim olunur. Təhlükəsizliyiniz bizim üçün prioritetdir. Özünüzü qorumaq üçün şəxsi vəziyyətinizə uyğun təhlükəsizlik tədbirləri görün”.

Paylaşımda, həmçinin, təhlükəsizlik məsələləri ilə bağlı CIA bölmələri ilə necə əlaqə yaratmaq barədə izahların yer aldığı təxminən iki dəqiqəlik video da təqdim olunub. Videoda əlaqə zamanı iş kompüterləri və ofis telefonlarından istifadə etməmək, virtual özəl şəbəkələrdən (VPN) və ya Tor şəbəkəsindən yararlanmaq tövsiyə edilir.

Məlumata görə, bu müraciət ABŞ ilə İran arasında siyasi gərginliyin yüksəldiyi bir mərhələyə təsadüf edir.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Putin: Türkiyə xarici siyasət və iqtisadiyyat sahəsində Rusiyanın əsas tərəfdaşlarından biridir

Aynur Camal

Paşinyandan Azərbaycan və Türkiyə ilə bağlı mesaj: Dövlətlərarası əlaqə kanalları üzərində işləyirik

Aynur Camal

BepiColombo Merkuri səfərinin son mərhələsinə daxil oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu