Bugun.tv xəbər verir ki, Şimali Koreyanın hərbi peyk buraxmaq cəhdindən sonra Cənubi Koreyanın paytaxtı Seulda təsadüfən cib telefonlarına “Təxliyyəyə hazır olun” mesajı göndərilib.
Yonhap-ın xəbərinə görə, Cənubi Koreya Baş Qərargahı Şimali Koreyanın peyk buraxmağa cəhd etdiyini açıqladıqdan sonra Seul şəhər hökuməti onların mobil telefonlarına xəbərdarlıq mesajı göndərib.
“Təxliyyəyə hazır olun” məzmunlu mesajdan təxminən 20 dəqiqə sonra Daxili İşlər Nazirliyi həmin telefonlara mesajın “səhvən” göndərilməsi barədə bildiriş göndərib.
Şəhər hökuməti ictimaiyyətin narahatlığına səbəb olduğu və xəbərdarlıq mesajında nə baş verdiyini açıq şəkildə bildirmədiyi üçün tənqid hədəfi olmuşdur.
Seul meri Oh Se-hoon “çaşqınlıq” üçün üzr istəyərkən, xəbərdarlığın səhvən edilmədiyini və mesajın nazirlikdən bildiriş əsasında redaktə edildiyini deyib.
Bildirilib ki, Şimali Koreyanın səhər saatlarında hərbi peyk buraxması raket daşıyıcı sistemindəki nasazlıq səbəbindən uğursuz olub.
BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya nüvə silahı proqramı ilə bağlı sanksiyaların bir hissəsi olaraq idarə olunan raket texnologiyası ilə buraxılışını qadağan edib.
Mənbə: TRThaber