14 C
Baku
22 Noyabr 2024, 4:49
Baş xəbər

Cibuti Respublikasının Prezidenti Zati-aliləri cənab İsmail Ömər Gellehə

Hörmətli cənab Prezident,

Cibuti Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan-Cibuti dostluq əlaqələri xoş ənənələrə əsaslanır. Bu gün ölkələrimiz arasında münasibətlərin həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar çərçivəsində inkişafı üçün yaxşı imkanlar mövcuddur. İnanıram ki, bu imkanlardan istifadə edərək xalqlarımızın mənafeləri naminə dövlətlərarası münasibətlərimizin genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Cibuti xalqına daim əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 24 iyun 2024-cü il

Mənbə: Prezident.az

Bugün TV

Oxşar xəbərlər

Prezident Rəcəb Tayyib Ərdoğan ölkəmizdə səfərdədir

Bugün TV

Yol polislərinə tabe olmayan narkoman sürücü həbs edildi

Aynur Camal

Polis minaya düşüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu