28 C
Baku
20 İyul 2025, 23:07
Dünya

Çiçək xəstəliyinə görə qoyun və keçilərin daşınması qadağan edildi

Bildirilib ki, Yunanıstanda xırdabuynuzlu mal-qarada dabala yoluxma hallarının artması səbəbindən qoyun və keçilərin damazlıq, yemləmə, otarmaq və kəsim məqsədilə daşınmasına 10 gün müddətində qadağa qoyulub.

Yunanıstanın Kənd Təsərrüfatı İnkişafı və Qida naziri Kostas Çiaras sədrliyi ilə keçirilən onlayn iclasda xəstəliyin yayılmasının qarşısını almaq üçün bir sıra tədbirlərin həyata keçirildiyini açıqlayıb.

Nazir Çiaras hər hansı səbəbdən qoyun və keçilərin daşınmasının 10 gün müddətinə qadağan edildiyini bildirərək, 104 təsərrüfatda halların təsdiqlənməsindən sonra 17 min 500 heyvanın məhv edildiyini qeyd edib.

Çiaras, “Ölkəmiz qoyun çiçəyi səbəbiylə ciddi epidemioloji təhlükə ilə üz-üzədir. Çiçək xəstəliyi son dərəcə yoluxucu bir xəstəlikdir və insan sağlamlığını təhdid etməsə də, heyvanlar arasında geniş yayılır” deyib.

Nazir bildirib ki, qəbul edilən qərara uyğun olaraq qoyun və keçilərin daşınmasının qadağan edilməsi ilə yanaşı, xəstəliyin yayılma riskinin azaldılması məqsədilə 3 kilometr mühafizə zolağı və 10 kilometr müşahidə zolağı yaradılacaq.

Nazirlik heyvandarlara itirdikləri hər heyvana görə 150-500 avro ödəyir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Turbulentliyə girən təyyarədə 11 nəfər yaralanıb

Aynur Camal

Həyat gözəldir, yaşamaq da gözəldir

Aynur Camal

Süni balıq əti üçün tarixi təsdiq: Somon indi menyularda

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu