8 C
Baku
19 Fevral 2026, 21:43
Dünya

Cihangir İşbilir: Azərbaycan və Türkiyə müştərək ictimai diplomatiya modelini tətbiq edib

Azərbaycan və Türkiyə müştərək ictimai diplomatiya modelini qurub tətbiq edib.

Bugun.tv– xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir “XXI Əsrdə Dövlət Suverenliyi və Milli Konstitusiyalar: Qlobal Çağırışlar, Tendensiya və Perspektivlər” adlı beynəlxalq elmi-praktik konfransın panel sessiya müzakirəsində deyib.

“Biz bu modeli iki ölkə olaraq yüksək səviyyədə tətbiq etdiyimiz kimi Türk Dövlətləri Təşkilatı səviyyəsində də tətbiq etməyə çalışırıq”, – o əlavə edib.

Media müşaviri Vətən müharibəsindəki böyük Zəfərin ardınca Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsinin imzalandığını və iki ölkə arasında qardaşlıq bağlarının üst səviyyəyə yüksəldiyini vurğulayıb.

A.C.İşbilir hər iki ölkənin savaşda haqlı və güclü olduğu kimi, informasiya cəbhəsində də güclü olmağının vacibliyini önə çəkib.

O, son illərdə baş verən texnoloji inkişafın dezinormasiyalara da yol açdığına diqqət çəkib:

“Süni intellekt burada əsas təhdidlərdən biridi. Bu, həmçinin dövlətlərin suverenliyi üçün də təhdid həddinə çatmaqdadır”.

Mənbə: NewCenter.az

Aynur Camal

Oxşar xəbərlər

Kremlin: İranla birgə dəniz təlimləri əvvəlcədən planlaşdırılıb

Aynur Camal

Polşa Baş naziri vətəndaşlarını təcili İranı tərk etməyə çağırıb

Aynur Camal

Hindistanda AI Expo 2026 sərgisi diplomatik tədbirlər səbəbilə bağlanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu