20 C
Baku
9 Sentyabr 2025, 7:07
Digər

Çilidə 7,5 maqnitudalı zəlzələ oldu

Bugun.tv xarici mediaya istinadla xəbər verir ki, zəlzələnin 10,8 kilometr dərinlikdə baş verdiyi bildirilir. Yeraltı təkanlar həm Çilinin, həm də qonşu Argentinanın bir sıra şəhərlərində hiss olunub. Dağıntılar barədə məlumat verilməyib. Zəlzələdən sonra Çilinin Dəniz Hidroqrafik və Okeanoqrafiya Xidməti (SHOA) sunami xəbərdarlığı edib və sahilyanı ərazilərin boşaldılması göstərişi verilib. Zəlzələ əvvəlcə təhlükəli sunami dalğaları riskini artırsa da, Sakit okean Sunami Xəbərdarlıq Mərkəzi daha sonra “Bloomberg” agentliyinə elektron poçtla göndərilən açıqlamada təhlükənin azaldığını təsdiqləyib. Mərkəz əlavə edib ki, istənilən halda sahil dalğalarının 0,3 metrdən yuxarı qalxması gözlənilmir.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti imtahanlar keçirilir

Aynur Camal

Putin və Trampın görüşü bir saatdan çoxdur davam edir

İntizar Əmirova

Hesabat: Bu il Aİ sərhədlərini qanunsuz keçid halları 18 faiz azaldı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu