8 C
Baku
12 Dekabr 2024, 12:28
Mədəniyyət

“Çimərlik geyimində filmə çəkildiyim üçün anam məni o ki var danladı”-FOTOLAR+ÖZƏL

“Baladadaşın ilk məhəbbəti” filmindəki obrazım o zamanlar üçün çox cəsarətli idi. Çoxu deyir ki, siz bu rola böyük risk edib çəkilmisiz. Məndən əvvəl çimərlik geyimində çəkilən xalq artisti Xuraman Qasımova olub. Həmin film “Mən ki gözəl deyildim” filmi idi. Mən o vaxtlar Sumqayıtda yaşayırdım, dəniz də bizə yaxın idi, tez-tez gedib-gəlirdik. Yeniyetmə yaşlarımda idim. Orada elə də böyük bir qəbahət görmürdüm. Anam filmi görəndən sonra məni o ki var danladı”.

Bunu Bugun.tv-yə açıqlamasında əməkdar artist Ruhəngiz Musəvi deyib. Aktrisa-müğənni daha sonra plastik əməliyyat etdirən həmkarlarından danışıb.
“Ağızlarını qulaqlarına birləşdirirlər. Çox biabırçı görünür. Həqiqətən də mən dəhşətə gəlirəm. Qadın təbii gözəl olmalıdır. Plastik əməliyyatların əleyhinə deyiləm, ola bilsin ki, insanın bir qüsuru var, həmin qüsuru əməliyyat vasitəsilə gizlədir. Bir də var ki, sən get heç nədən plastik əməliyyat etdir. Mən indiyə qədər plastik əməliyyat etdirməmişəm. Heç ehtiyacım da yoxdur. Mənə deyirlər ki, “heç dəyişməmisən, sizi ilk dəfədən necə görmüşüksə, elə də qalmısınız” deyə əməkdar artist bildirib.

Oxşar xəbərlər

Beynəlxalq abidələr və tarixi yerlər günü ilə əlaqədar sərgi olacaq

Aynur Camal

“Kinoya çəkilən əziyyət itmir. Nəsildən nəsilə tarix olaraq ötürülür, yaşayır”

Elnarə Dərziyeva

«BTS: YET TO COME IN CINEMAS» FEVRALIN 1-DƏN «Park Cinema» KİNOTEATLARINDA

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu