5 C
Baku
15 Dekabr 2025, 5:30
Baş xəbərKriminal

Çimərlikdə avtoxuliqanlıq edən şəxs saxlanıldı

 

Astarada insanların dincəldiyi çimərlik ərazisində avtoxuliqanlıq hərəkətləri edən və bu görüntüləri sosial şəbəkədə paylaşan şəxs inzibati qaydada həbs edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bugun.tv-yə verilən məlumata görə, Astara rayon sakini Muğbil Həsənov etibarnamə olmadan idarə etdiyi “Vaz 21063” avtomobillə rayon ərazisindəki çimərliklərdə dincələn şəxsləri narahat edən təhlükəli manevrlər edib. Sonradan isə həmin görüntüləri sosial şəbəkədə paylaşıb.

Avtoxuliqanlıq hərəkətlərinə yol verən həmin sürücü Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilib. Daha sonra toplanmış materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M.Həsənov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Pentaqon sənədlərini sızdırmaqda şübhəli bilinən şəxs məhkəmə qarşısına çıxacaq

Bugün TV

TikTok-un qurucusu Zhang Yiming Çinin ən varlı adamı oldu

Aynur Camal

Məşhur aktyor Riçard Gerenin Trampı qəzəbləndirəcək çıxışı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu