18 C
Baku
23 Oktyabr 2025, 21:01
Baş xəbərDünya

Çimərlikdə naməlum heyvanın cəsədi tapılıb – FOTO

İrlandiyada çimərlikdə nəhəng naməlum heyvan cəsədi aşkar edilib.

Bugun.tv xəbər verir ki, adı naməlum olan heyvan İrlandiyanın Ballibranaqan bölgəsinin çimərliyində tapılıb.

Sahildə gəzişərkən naməlum dəniz canlısına rast gələn qadın onu heç nəyə bənzədə bilməyib. Həmin vaxt orada olan digər şahid isə qeyd edib ki, naməlum heyvanın baş hissəsi olmayıb.

İrish Starın məlumatına görə çimərlikdə çəkilmiş fotoşəkildə sümükləri və əzələləri olan bir növ heyvanın böyük bədəni göstərilir, lakin onun bioloji növlərini tanımaq demək olar ki, mümkünsüz görünür.

Naməlum dəniz heyvanının köpəkbalığı və ya balina olduğunu güman etmək olar, lakin qeyd olunur ki, qəribə məxluqun üzgəcləri və quyruğu yoxdur.

Artıq naməlum heyvanın cəsədi mütəxəssislər tərəfindən tədqiq olunur, onlar onun hansı növə aid olduğunu müəyyənləşdirməyə çalışacaqlar.

İtlər sirli məxluqu araşdırırlar - Foto: İrish Star
İtlər sirli məxluqu araşdırırlar – Foto: İrish Star

 

Könül Kərimova

Oxşar xəbərlər

İran ABŞ-dan köçür! Neft nazirinə qarşı sanksiyalar tətbiq edilib

Aynur Camal

Yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər öldü

Aynur Camal

Yol qəzası: 6 yaralı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu