25 C
Baku
20 İyul 2025, 7:43
Dünya

Çimərlikdə qorxulu anlar! Dənizdə qızı ildırım vurub

Yunanıstanın Halkidiki şəhərində bir ailə çimərlikdə çimərkən ildırım düşüb və 13 yaşlı uşaq ölüb.

Xalkidikidə bir ailə dənizdə çimərkən hava qəfil pisləşib. Yağış yağmağa başlayanda ailə dənizdən çıxaraq əşyalarını toplamağa başlayıb. Bu vaxt ildırım ana və qızı 3 metr aralıda vurub. Ana yaralanarkən, 13 yaşlı qızı dünyasını dəyişib.

Təcili olaraq hadisə yerinə çağırılan tibb qrupları uşağın öldüyünü açıqlayıb. Ata havanın qəfil dəyişməsi ilə əlaqədar dənizi tərk etdiklərini və hadisənin onlar sahildən əşyalarını yığıb yola düşərkən baş verdiyini belə izah edib:

“Qızım yenidən ayağa qalxa bilmədi, anası da yaralandı. Böyük sarsıntı və ağrı yaşadıq”.

Güclü yağışların yağdığı Halkidikidəki Kassandra Polis İdarəsi hadisə ilə bağlı araşdırma başlatdı. Uşağın meyiti yarılma üçün Məhkəmə Tibb İnstitutuna göndərilib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Rusiya: İsrailin İrandakı nüvə obyektlərinə hücumla hədələməsi “ciddi təxribatdır”

Aynur Camal

İsrail Qəzzada qırğınlarına davam edir!

Aynur Camal

Yaponiyada G7 Liderlər Zirvəsi 2023 başlayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu