3 C
Baku
14 Dekabr 2025, 15:42
Baş xəbərDünya

Çin ABŞ-ı “təxribatda” ittiham edir

Bugun.tv  xəbər verir ki, Çin və ABŞ hərbi gəmiləri arasında toqquşma baş verib.

Bu səbəbdən Çinin müdafiə naziri ABŞ və müttəfiqlərini Hind-Sakit okean regionunda sabitliyi pozmağa çalışmaqda ittiham edib.

O, həmçinin xəbərdarlıq edib ki, ABŞ və Çin arasında istənilən “ağır qarşıdurma” “dünya üçün dözülməz bir fəlakət” olacaq.

Li-nin xəbərdarlığı ABŞ Müdafiə Naziri Lloyd Austin eyni forumda Tayvan üzərində müharibənin “dağıdıcı” olacağını və qlobal iqtisadiyyata “təsəvvür edə bilmədiyimiz şəkildə” təsir edəcəyini söylədikdən bir gün sonra gəlib.

Və Çin ittiham edib ki, hərbi gəmisini Tayvan boğazında Kanada donanması ilə birgə təlimdə iştirak edən Amerika gəmisi önünü kəsib. Buna görə də, Amerika gəmisini toqquşmadan qaçmaq üçün sürəti azaltmağa məcbur edib.

Mənbə: CNN

Aynur Camal

Oxşar xəbərlər

Tanınmış aparıcı Media Tədris Mərkəzinin tələblərinə təlim keçdi

Aynur Camal

Dünya liderlərindən Türkiyəyə başsağlığı mesajları

Bugün TV

Martın 31-də başlayan meşə yanğını davam edir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu