19 C
Baku
8 Sentyabr 2024, 4:06
Baş xəbərİqtisadiyyat

Çin altı ölkənin vətəndaşlarına vizasız giriş imkanı verəcək

Bugun.tv xəbər verir ki, Fransa, Almaniya, Hollandiya, İtaliya, İspaniya və Malayziya birtərəfli qaydada öz vətəndaşlarına bir il müddətində 15 günlük vizasız giriş imkanı verəcək. Bu barədə AA məlumat yayıb.
AnadoluAA” nın məlumatına görə, Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Pekində keçirdiyi gündəlik mətbuat konfransında, “sərhədlərarası səyahətləri asanlaşdırmaq” üçün altı ölkəyə viza azadlığının birtərəfli qaydada uzadılmasına qərar verdiklərini açıqladı.

Qərardan sonra Fransa, Almaniya, Hollandiya, İtaliya, İspaniya və Malayziya vətəndaşları 15 gündən çox olmamaq şərti ilə iş, turizm, ailə səfərləri və tranzit məqsədləri üçün standart pasportları ilə Çinə vizasız gedə biləcəklər. .

Dekabrın 1-dən qüvvədə olacaq “sınaq” tətbiqi 30 oktyabr 2024-cü ildə başa çatacaq.

Noyabrın 17-də Çinin Baş Gömrük İdarəsi 54 ölkə vətəndaşlarının üçüncü ölkəyə keçərkən viza alması tələbini ləğv edib.

Hazırda Çin 18 ölkəyə standart pasport sahibləri üçün qarşılıqlı vizadan azad edir. Bir çox ölkələrlə, o cümlədən Türkiyə ilə diplomatik, xüsusi və xidməti pasport sahibləri üçün qarşılıqlı viza güzəştləri mövcuddur.

Xaricdən gələnlər Covid-dən əvvəlkindən 70 faiz azdır
Covid-19 epidemiyası başlayandan sonra Çin bütün vizaları ləğv etdi və sərhədlərini xarici dünyaya bağladı.

İlin əvvəlindən sərhəd nəzarəti qaldırılsa da, xaricdən ölkəyə gələnlərin sayı hələ də Covid-19-dan əvvəlki səviyyəyə çatmayıb.

Bu ilin ilk 6 ayında xaricdən gələnlərin sayı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 70 faiz az olub.

Pekin administrasiyasının turizmi stimullaşdırmaq, iqtisadi dirçəlişdəki kövrəkliklə mübarizə aparmaq üçün xariclə işgüzar əlaqələri və kommersiya mübadilələrini artırmaq üçün əcnəbilər üçün viza azadlığına və digər asanlaşdırıcı qaydalara müraciət etdiyi müşahidə olunur.

İntizar Əmirova

Oxşar xəbərlər

Zəncirvari qəza baş verdi

Bugün TV

Şahzadə Keyt Middltonun geyiminin gizli mənaları bəlli olub

Kəmalə Sultan

VIII Bakı Beynəlxalq Tibbi Treyninq Günləri keçirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu