19 C
Baku
8 Sentyabr 2024, 3:50
Baş xəbərDünya

Çin avtomobil ixracında dünya liderinə çevrildi

Çin Avtomobil İstehsalçıları Birliyinin məlumatına görə, 2023-cü ildə Çin avtomobillərinin ixracı rekord həddə -5,26 milyon ədədə çatıb.

Bugun.tv bu barədə “The Street Journal” nəşrinə istinadla xəbər verir.

Nəşrin məlumatına əsasən, bu rəqəm, xaricə avtomobil tədarükü üzrə ənənəvi lider olan Yaponiyanın ixrac göstəricisindən təxminən 1 milyon çoxdur.

Yüksək göstəricinin əsas hərəkətverici qüvvəsi, Rusiyanın Çin avtomobil istehsalçılarının ixracını 2022-ci illə müqayisədə ən azı 5 dəfə – 800 min ədədə qədər artıran tələbatıdır. Sanksiyalar və geosiyasi gərginlik fonunda, Çin istehsalçıları bazardan getmək məcburiyyətində qalan Qərb rəqiblərinin yerini tutublar.

“Keçən il “Chery” 900 mindən çox avtomobili xaricə göndərməklə, Çində ən böyük avtomobil ixracatçısına çevrilib. Bu göstərici “Tesla” və ya “BYD” şirkətlərindəkindən daha yüksəkdir”, – deyə Çin Avtomobil İstehsalçıları Birliyinin baş katibi Tsuy Dunşu bildirib.

Rusiyada “Chery” ilə yanaşı, “Geely”, “Great Wall” və digər brendlərin də satışları artıb. Lakin baş katibin dediyinə görə, ixracın bu cür sürətlə artmasının davam etməsi ehtimalı azdır, çünki tələbat böyük dərəcədə ödənilib və anbarlardakı ehtiyatlar kifayət qədərdir.

Ümumilikdə, 2023-cü ildə Çində avtomobil və ticarət avtomobillərinin satışları 25,5 milyona yüksəlib.

Ənənəvi daxili yanma mühərrikləri ilə yanaşı, elektrikli nəqliyyat vasitələrinin ixracı da artmaqdadır. Məsələn, Çində “BYD” şirkəti xarici satışları təxminən 5 dəfə artırıb və bu rəqəm 242 minə yüksəlib. Şirkət 2024-cü ildə Avropadakı iştirakını fəal şəkildə artırmağı planlaşdırır.

Çin uzun müddət dünyanın ən böyük bazarı və istehsal mərkəzi olsa da, indiyədək ixrac artımı məhz xarici konsernlər tərəfindən təmin edilib. Son üç ildə yerli brendlər elektrikli avtomobillərə və hibridlərə dövlət dəstəyi sayəsində irəliləyişə nail olublar. İndi isə Çin Yaponiya, Almaniya və Cənubi Koreyanı qabaqlayaraq əsas dünya ixracatçısı adını qazanmağa müvəffəq olub.

İntizar Əmirova

Oxşar xəbərlər

Avrasiya Tunelində təmir işləri: Trafikə bağlanacaq

Bugün TV

ABŞ İranı ticarət gəmilərinə hücumlarda günahlandırır

Aynur Camal

İcazəsiz qazıntı aparmaqda şübhəli bilinən 3 nəfər saxlanıldı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu