Bugun.tv xəbər verir ki, dünya əhalisi 8 milyarda çatarkən, Çin ” dünyanın ən çox əhalisi olan ölkə” adını itirir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) hesablamalarına görə, Hindistan aprelin ikinci yarısında 1,4 milyarddan çox əhalisi ilə dünyanın ən sıx məskunlaşdığı ölkə olacaq. Hökumət Covid-19 epidemiyasını əsas gətirərək, hər 10 ildən bir keçirilən siyahıyaalmanı 2021-ci ilə təxirə salmışdı.
Son məlumatlar o deməkdir ki, 12 il ərzində əhaliyə 210 milyon insan əlavə olunub ki, bu da az qala Braziliya əhalisi qədərdir. Amma bu həm də yeni problemlər deməkdir. Çünki Hindistanın əhalisinin artması ilə ciddi işsizlik problemi var.
Hindistanın qabaqladığı Çinin əhalisi 1961-ci ildən bəri ilk dəfə 2022-ci ildə 800 min nəfər azalıb. Çin Milli Statistika Bürosunun məlumatına görə, 2021-ci ildə materik Çin əhalisinin sayı 1 milyard 412 milyon 600 min nəfər olub. 2022-ci ildə əhalinin sayı 1 milyard 411 milyon 800 min olaraq açıqlandı. Çində doğum nisbətləri 2022-ci ildə mində 6,77-yə enərək, milli qeydlərin tutulmağa başladığı 1949-cu ildən bəri ən aşağı səviyyədir. 2016-cı ildən bəri əhalinin artım tempinin olduğu Çində artım yavaşladı. Hökumət 1980-ci illərdən bəri həyata keçirilən “bir uşaq” siyasətindən imtina etdi. İlk olaraq 2016-cı ildə uşaq doğurma həddi 2-yə qaldırıldı. Daha sonra 2021-ci ildə ailələrə 3 uşaq sahibi olmağa icazə verən qanun dəyişikliyi qəbul edildi. Digər tərəfdən BMT-nin məlumatına görə, dünya əhalisi 8 milyard yarımdır. 2030-cu ildə və 2050-ci ildə 9,7 milyard,
2100-cü ilə qədər 10,4 milyarda çatacağı gözlənilir.
Mənbə: NTV haber