35 C
Baku
20 İyul 2025, 11:27
Baş xəbərTexnologiya

Çin dünyanın ilk metanla işləyən raketini kosmosa buraxdı

Bugun.tv xəbər verir ki, Çinin LandSpace şirkəti tərəfindən hazırlanmış dünyanın ilk metan və maye oksigenlə işləyən “Zhuque-2” raketi uğurla kosmosa göndərilib.

South China Morning Post (SCMP) xəbərinə görə, özəl aerokosmik şirkəti LandSpace bununla bağlı açıqlama verib.

Qobi səhrasındakı Jiuquan peyk buraxılış mərkəzindən buraxılan Zhuque-2, faydalı yükünü Günəşlə sinxron orbitə uğurla çıxaran ilk metanla işləyən raket oldu.

Yanacaq kimi maye metan, oksidləşdirici kimi maye oksigeni istifadə edən raket aşağı orbit üçün 6 ton, günəşlə sinxron orbit üçün isə 4 ton daşıma qabiliyyətinə malikdir.

China Space News-un məlumatına görə, raketin uzunluğu 49,5, diametri isə 3,35-dir.

Çinin “Space Pioneer” şirkətinin maye yanacaqla işləyən “Tianlong-2” raketinin aprel ayında uğurla buraxılmasından sonra “Zhuque-2”nin ölkənin özəl aviasiya sektorunda ABŞ şirkətlərinin üstünlüyünə qarşı yeni bir uğur olduğu düşünülür.

Metanla işləyən mühərriklər, yüksək performans və aşağı əməliyyat xərclərinə görə xüsusilə təkrar istifadə oluna bilən raketlər üçün ilk dizayn olaraq görülür.

Teymur Əziz

Oxşar xəbərlər

Bu dövlətlər kosmik texnologiyalar sahəsində razılığa gəldilər

Teymur Əziz

4,8 bal gücündə zəlzələ baş verdi

Bugün TV

İstanbulda Türkiyə tarixinin ən böyük yürüşlərindən biri keçirildi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu