Bugun.tv xəbər verir ki, “Fıngyün-3” peyki “Long March-4C” raketi ilə Qobi səhrasındakı Ciuçuen Peyk Mərkəzindən buraxılıb.
Bildirilib ki, orbitə buraxıldıqdan sonra Günəşlə sinxron orbitdə təyin olunmuş mövqedə qərarlaşan peyk hava proqnozu, fəlakətlərin qarşısının alınması, iqlim dəyişikliyi ilə mübarizə və ekoloji mühafizə xidmətlərini həyata keçirəcək.
Buraxılış Long March raketi ilə 481-ci uğurlu nəqliyyat missiyasıdır.
İlk dəfə 1988-ci ildə buraxılan Fıngyün meteoroloji peyklərindən kosmosa 4 nəsildən 22 peyk göndərilib.
Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasına (CASC) bağlı Şanxay Kosmik Uçuş Texnologiyaları Akademiyası (SAST) tərəfindən hazırlanmış peyklər Çin Meteorologiya İdarəsinin xidmətində istifadə olunur.