36 C
Baku
20 İyul 2025, 15:02
Baş xəbər

Çin Haikui qasırğası ilə mübarizə aparır

Bugun.tv xəbər verir ki, Çin cənub-şərq sahillərinə təsir edən “Haikui” tayfunu səbəbindən güclü yağış və daşqınlarla mübarizə aparır.

Çinin Milli Meteorologiya Mərkəzi ölkənin cənubundakı Quanqdonq, Quansi, Sıçuan və Haynan əyalətlərində, həmçinin Honq Konq Xüsusi İnzibati Bölgəsində və Tayvan adasında həftəsonu güclü yağışın davam etdiyini bildirib.

Mərkəz şiddətli tufan və daşqınlara qarşı sarı həyəcan xəbərdarlığını təkrarlayıb. Çinin 4 mərhələli fırtına xəbərdarlığı sistemində qırmızı ən yüksək xəbərdarlıq səviyyəsini təmsil edir. Təcililik sırasına görə ondan sonra narıncı, sarı və mavi gəlir.

Sürəti saatda 150 kilometri keçən “Haikui” tayfunu ilk olaraq həftənin əvvəlində Tayvanı təsirləndirib.

Tayfun səbəbindən dağlıq bölgələrdə yaşayan 4 minə yaxın insan daşqın və sürüşmə təhlükəsi səbəbindən təxliyə edilib. Adanın şərqindəki Hualien və Taitung əyalətlərində 75 evdə elektrik enerjisi kəsilərkən, tayfunun səbəb olduğu fırtına və daşqınlarda 78 nəfər xəsarət alıb.

Həftənin ortalarından etibarən zəifləyən və materik Çin və Honq-Konqa təsir edən tayfun səbəbindən ilin ən yüksək yağıntı miqdarı bir çox bölgədə qeydə alınıb.

Bugün TV

Oxşar xəbərlər

Raket hücumunda 8 nəfər öldü, 56-sı yaralandı

Bugün TV

Vəliəhd şahzadə orduda hərbi təhsil alacaq

Aynur Camal

İlham Əliyev Şuşada 2-ci Qlobal Media Forumunda çıxış edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu