Image default
DünyaHadisə

Çin hərbi gəmiləri ilə Sudandan 940 vətəndaşını təxliyə etdi

Bugun.tv xəbər verir ki, Çin Sudandan hərbi gəmilərlə 940 vətəndaşını təxliyə edib.

Bu barədə ölkənin Müdafiə Nazirliyinin sözçüsü Tan Kıfey bildirib. Onun sözlərinə görə, aprelin 26-29-da Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinə məxsus iki gəmi 940 Çin vətəndaşını Səudiyyə Ərəbistanının Ciddə limanına çatdırıb.

Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq isə deyib ki, müxtəlif vasitələrlə 1300 Çin vətəndaşı Sudandan daşınıb.

O, ölkədəki vəziyyəti yaxından izlədiklərini və lazım gələrsə, kömək etməyə hazır olduqlarını bildirib.

Həmçinin, paytaxt Xartumda hələ də Çin vətəndaşlarının qaldığını vurğulayıb.

Mənbə: TRT haber

 

Bugün TV

Oxşar xəbərlər

The Guardian: Zelenskinin müdafiə nazirini vəzifədən uzaqlaşdırması Ukraynada və Qərbdə narahatlıq yaratdı

Aynur Camal

Endokrinoloq həftədə ən azı iki dəfə bu giləmeyvəni yeməyi tövsiyə etdi

Aynur Camal

Şəkərsiz içkilər: Yay istisində qazlı içkilərin əvəzinə nə içmək olar?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu