Dünya

Çin iqlim hədəfini gücləndirir: Karbon tullantılarını 2035‑ci ilə qədər 7–10% azaldacaq

Birləşmiş Millətlər Təşkilatının yüksək səviyyəli iqlim sammitində Çin Prezidenti Si Tzinpinq elan edib ki, ölkə 2035-ci ilə qədər karbon tullantılarını 7–10 faiz azaltmağı planlaşdırır.

Si həmçinin bildirilib ki, Çin 2020-ci ilə nisbətən külək və günəş enerjisi istehsal gücünü 6 dəfə artıracaq, həmçinin çirklətməyən nəqliyyat vasitələrini genişləndirməklə “iqlimə uyğunlaşmış cəmiyyət” qurmaq niyyətindədir.

Çinin bu karbon dioksid istehsalında liderliyi ilə seçilməsinə baxmayaraq mühüm addım sayılır — ölkə hazırda qlobal CO₂ emissiyalarının 31%-dən çoxunu yaradır.

Ekspertlər bildirirlər ki, bu hədəf müsbət meyildir, amma Paris Sazişi çərçivəsində müəyyən edilmiş 1,5°C istiləşmə hüduduna çatmaq üçün hələ kifayət qədər güclü deyil.

Mənbə: Associated Press

Aynur Camal

Oxşar xəbərlər

İngiltərənin Tehrandakı səfirliyi müvəqqəti bağlandı

Aynur Camal

Kanada hökuməti İranda olan vətəndaşlarına “dərhal ölkəni tərk edin” çağırışı etdi

Aynur Camal

Dünya Bankı Ermənistana 70,4 mln. avro kredit ayıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu