Dünya

Çin İrandan husilərə təsir göstərməsini istəyib

Bugun.tv xəbər verir ki, Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İrandan Yəməndəki husilərin fəaliyyətini məhdudlaşdırmaq üçün təsir imkanlarından istifadə etməsini istəyib.

Reuters-in yazdığına görə, Pekin bu məsələ ilə bağlı Tehrana özəl şəkildə müraciət edib. Məlumat üç iranlı mənbəyə əsaslanır.

Səudiyyə Ərəbistanının Çindən yardım istəməsinə səbəb husilərin son günlər Qırmızı dəniz sahili və Bab əl-Məndəb boğazı istiqamətində sürətli irəliləməsi olub. Bu vəziyyət Səudiyyə Ərəbistanının neft ixracı və bölgədə gəmiçilik üçün riskləri artırıb.

Çinin mövqeyinin əsas səbəblərindən biri də enerji və ticarət marşrutlarının təhlükəsizliyidir. Bab əl-Məndəb boğazı beynəlxalq dəniz daşımaları baxımından mühüm əhəmiyyət daşıyır.

Mənbələrin bildirdiyinə görə, Pekinin müraciətinə Tehranın necə cavab verəcəyi hələ məlum deyil. Çin bundan əvvəl bölgədə təmkin və dialoqa çağırışlar edib.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Argentina Folklend adaları ilə bağlı sanksiyaları sərtləşdirir

Aynur Camal

Atmosferdə su buxarının səviyyəsi rekord həddə çatdı

Aynur Camal

Lavrov: Qərb Rusiyaya qarşı müharibəyə hazırlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu