Çin və Tayvan arasında gərginlik yenidən gərginləşib. Tayvan lideri Lai Çinq-tenin ilk “Milli Gün” çıxışından cəmi 4 gün sonra Çin ordusu adanı və ətrafını təlim adı altında mühasirəyə alıb. Uzun illərdir ki, suverenlik mövzusunda mübahisə etdiyi Çin və Tayvan arasında gərginlik yenidən artıb. Çin ordusu hərtərəfli təlimə başladığını elan edərək Tayvan adasını mühasirəyə alıb.
“MÜSTƏQİLLİK İDDİASINA QARŞI BÖYÜK CANIDIRIR!”
Çin Xalq Azadlıq Ordusundan verilən açıqlamada, təlimin Tayvan boğazı və Tayvan adasının şimal, cənub və şərq bölgələrini əhatə etdiyi bildirilib. Komandanlığın sözçüsü Li Xi “Birgə Qılınc-2024B” adlı təlimə quru, hava, dəniz və raket qüvvələrinin birliklərinin qatıldığını, təyyarə və gəmilərin “bir çox istiqamətdən adaya yaxınlaşaraq birgə hücumlar həyata keçirəcəyini” açıqlayıb.
Xi, təlimin milli təhlükəsizlik və birliyi qorumaq üçün qanuni və zəruri bir hərəkət olduğunu ifadə edərək, bunun Tayvanın müstəqilliyini müdafiə edən ünsürlərə qarşı güclü bir maneə rolunu oynayacağını vurğuladı.
Digər tərəfdən, Tayvan Müdafiə Nazirliyi sosial media platforması X hesabında verdiyi açıqlamada Çin ordusunun hərəkətini irrasional və təxribat xarakterli adlandırıb. Nazirlik təlimi pisləyərək, “Biz cavab vermək və milli suverenliyimizi qorumaq üçün müvafiq qüvvələri işə salacağıq” dedi.
Digər tərəfdən, Tayvan ətrafında blokada yaradan təlimin adadakı hökumətin lideri Lai Çinq-tenin ilk “Milli Gün” çıxışından 4 gün sonraya təsadüf etməsi diqqət çəkib. 1912-ci ildə Çin Respublikasının qurulmasına aparan prosesi başlatan 1911 İnqilabının ildönümü olan 10 Oktyabr Milli Gündəki çıxışında Lai Pekin rəhbərliyinin Tayvanı təmsil etmək hüququ olmadığını müdafiə etdi. Lai, Tayvanda hökumətin davamı olduğunu iddia etdiyi Çin Respublikası ilə Çin materikində hökmranlıq edən Çin Xalq Respublikasının “bir-birinə tabe olmadığını”, buna görə də Çinin Tayvanı təmsil etməyə haqqı olmadığını bildirdi və “ilhaq və suverenliyin qəsb edilməsinə qarşı müqavimət göstərəcəklərini” bəyan ediblər.
Mənbə: Anadolu Agentliyi