11 C
Baku
15 Aprel 2025, 22:44
Baş xəbərDünya

Çin öz vətəndaşlarına ABŞ-a səyahətlə bağlı xəbərdarlıq etdi

Çin Mədəniyyət və Turizm Nazirliyi öz vətəndaşlarına ABŞ ilə aralarında baş verən hadisələrlə bağlı xəbərdarlıq edib. “Çin və ABŞ arasında iqtisadi-ticarət əlaqələrinin pisləşməsi və ölkədəki təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq, çinli turistlər ABŞ-a səyahət risklərini qiymətləndirməli və səyahət edərkən diqqətli olmalıdırlar”, – nazirliyin bəyanatında deyilir.

Oxşar bəyanatı Çin Təhsil Nazirliyi tələbələrlə bağlı verib.

Ohayo ştatında qəbul edilən qanun layihəsində Çin vətəndaşlarına qarşı neqativ müddəaları xatırladan açıqlamada, “Xaricdəki tələbələrə ABŞ-da həmin ştatda təhsil almağı seçərkən təhlükəsizlik riski qiymətləndirməsi aparmalarını xatırladırıq” deyə bəyanatlar daxil edilib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp aprelin 2-də özünün “qarşılıqlı tariflər” siyahısında Çinə əlavə 34 faizlik gömrük rüsumunu tətbiq edəcəyini açıqlamışdı. Buna cavab olaraq Çin ABŞ-a 34 faiz əks tarif artımı tətbiq etməklə cavab tədbirləri görməyə qərar verib.

Tramp bu cavab reaksiyasına cavab olaraq Çin geri çəkilməyəcəyi təqdirdə ona 50 faiz əlavə rüsum tətbiq edəcəyini və Çinlə planlaşdırılan danışıqları ləğv edəcəyini açıqlayıb. Gömrük rüsumu götürülməyəndə Tramp Çindən idxal olunan məhsullar üçün gömrük rüsumunu 104 faizə qaldırıb.

Buna cavab olaraq Çin ABŞ-dan idxal edilən məhsullar üçün gömrük tariflərini 84 faiz yeniləyib. Nəhayət, Tramp cavab olaraq tarifi 125 faiz artırdığını açıqladı.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

İslamı qəbul edənlərin sayı artır

Aynur Camal

Sosial şəbəkələrdə hamilə avtomobillərdən danışılır

Aynur Camal

Narkotik vasitələr və silah-sursat aşkar edilərək götürüldü

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu