33 C
Baku
20 İyul 2025, 18:51
Baş xəbərDünya

 Çin qlobal yerləşdirmə sistemi BeiDou üçün kosmosa 2 peyk göndərdi

Çin kosmosa BeiDou Peyk Yerləşdirmə Sisteminin (BDS) bir hissəsini təşkil edəcək iki peyk göndərib.

Sinxua agentliyinin xəbərinə görə, Sıçuan əyalətindəki Xichang Peyk Mərkəzindən “Long March-3B” daşıyıcı raketi ilə iki “BeiDou-3” peyki kosmosa buraxılıb.

BeiDou şəbəkəsinin 59-cu və 60-cı hissələri olan peyklər orbital sınaqlar aparıldıqdan sonra işə salınacaq.

Buraxılış Long March raketləri ilə həyata keçirilən 535-ci uğurlu nəqliyyat missiyası idi.

Çin hökuməti ABŞ-ın GPS qlobal yerləşdirmə sistemindən hərbi asılılığını azaltmaq üçün BDS hazırlayır.

BeiDou peyk şəbəkəsi üçün ilk peyk 2000-ci ildə buraxılmışdır. Dörd peykdən ibarət “BDS-1” şəbəkəsinin ardınca 26 peykdən ibarət “BDS-2” və 40 peykdən ibarət “BDS-3” şəbəkəsi ilə sistem inkişaf etdirilir.

“BDS-4” adlı yeni nəsil peyk şəbəkəsinin 2035-ci ilə qədər sistemə əlavə edilməsi hədəflənir.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Blinken: HƏMAS-ın danışıqlara hazır olması ümidvericidir

Aynur Camal

“Hər il keçrilməsinə qərar verilən Türk Tibb Dünyası Konqresi Azərbaycan səhiyyəsi üçün tarixi qərardı”

Aynur Camal

Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan kəndinin təməlini qoyub 

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu