17 C
Baku
10 İyun 2025, 9:07
Baş xəbərMaraqlı faktlar

Çin süni almaz hazırlayır

Hazırda dünya almaz bazarının yarısı sintetik məhsullardan ibarətdir, yəni laboratoriya şəraitində istehsal olunur. Ümumi istehsalın 95 faizi Çində həyata keçirilir.

Bugun.tv-nin xarici mətbuatdan əldə etdiyi məlumata görə Çində istehsal olunan sintetik almazlar son illərdə istehlakçıların böyük marağına səbəb olub. Sənaye məlumatlarına görə, laboratoriyada istehsal olunan almazların bazarda payı 2021-ci ildən bəri artmaqdadır.

Hazırda beynəlxalq almaz bazarının təxminən yarısı sintetik məhsullardan ibarətdir. Qiymət ucuz olduğu üçün tələbat da çox olur.

Çinin mərkəzi hissəsində yerləşən Henan əyaləti dünyanın ən mühüm sintetik almaz istehsalı bazasıdır. Dünyada ümumi istehsalın 95 faizi Çində istehsal olunur. Henan əyaləti, illik 12 milyard karat almaz istehsalı ilə ölkə istehsalının 80 faizini təşkil edir. Onların əksəriyyəti Hindistanda emal olunduqdan sonra Avropa və Şimali Amerika kimi müxtəlif bölgələrə ixrac olunur.

Avropa və ABŞ-da satılan toy üzüklərinin əksəriyyətində insan istehsalı brilyantlardan istifadə olunur. Almazların əksəriyyəti Çin mənşəlidir.

Sintetik almazlar təbii almazlarla eyni karbon quruluşuna malikdir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Teatr Forumunun vaxtı dəyişdirildi

Aynur Camal

Bəxtiyar Vahabzadəyə həsr olunmuş kitabın təqdimatı keçirilib – FOTOLAR

Aynur Camal

Prezident: İndi biz sülhə doğru gedirik

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu