4 C
Baku
27 Yanvar 2026, 7:16
Siyasət

Çin-Tayvan sərhəddində gərginlik yaşanıb

ABŞ prezidenti Co Baydenin Çinə Tayvanı işğal etməmək barədə xəbərdarlıq etməsindən bir neçə gün sonra məlum insident baş verib.

Bugün.tv bu barədə BBC News-a istinadən xəbər verir.Çin son aylarda havadan müdafiə qüvvələrinin tezliyini artıraraq, təlim keçdiklərini iddia edir. Bu cür hərəkətlər Tayvanı qəzəbləndirib və bölgədə gərginliyi artırıb. Çin Tayvanı zərurət yaranarsa güc yolu ilə ala biləcəyi separatçı əyalət kimi görür.

Tayvan Müdafiə Nazirliyi bildirib ki, son insidentdə 22 qırıcı, sualtı qayıq əleyhinə təyyarələr var. Nazirliyin təqdim etdiyi xəritəyə görə, təyyarə Tayvanın hava hücumundan müdafiə zonasının (ADIZ) bir hissəsi olan Pratas adalarının şimal-şərqindəki ərazidə uçub.Tayvan bir ildən çoxdur ki, Çin təyyarələrinin ADIZ-ə uçduğunu bildirir və bunu “boz zona” müharibəsi adlandıraraq, onların hərbi reaksiyasını sınamaq və onları köhnəltmək məqsədi daşıyır.

Analitiklərin fikrincə, hücumlar Tayvan hökumətinin rəsmi müstəqillik bəyannaməsinə doğru irəliləməsinə qarşı xəbərdarlıqdır.Rəsmi Pekin isə bildirib ki, təlimlər onun suverenliyini qorumaq məqsədi daşıyır.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Ermənistan Azərbaycanın COP17-də iştirakı üçün tezliklə rəsmi dəvət göndərəcək

Aynur Camal

ABŞ yeni milli müdafiə strategiyasını açıqladı — Aqil Məmmədovun şərhi

Aynur Camal

İlham Əliyev İsrail Dövlətinin xarici işlər nazirini qəbul etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu