12 C
Baku
14 Mart 2025, 19:41
Baş xəbərDünya

Çin Tramp administrasiyasına meydan oxudu: Biz sona qədər mübarizə aparmağa hazırıq

Çinin Vaşinqtondakı səfirliyi ABŞ prezidenti Donald Trampın Çinə tətbiq etdiyi gömrük rüsumlarını 10 faizdən 20 faizə qaldırması ilə bağlı “ticarət müharibəsi və ya tarif müharibəsi olsun, sona qədər mübarizə aparmağa hazır olduqlarını” bildirib. Trampın ölkəyə gələn “fentanillə mübarizədə uğursuzluq” səbəbiylə Çinə tətbiq edilən tarifi yüzdə 10-dan yüzdə 20-yə qaldırdıqdan sonra Çinin Vaşinqtondakı səfirliyinin sosial media platforması X hesabında yazılı açıqlama verilib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien-in Vaşinqtonun bu addımı ilə bağlı sözlərini yenidən paylaşan açıqlamada aşağıdakı ifadələrə yer verilib:

“Əgər Birləşmiş Ştatlar həqiqətən də fentanil problemini həll etmək istəyirsə, o zaman ediləcək ən doğru şey Çinlə məsləhətləşmək, bir-birinə bərabər davranmaqdır. Əgər ABŞ-ın istədiyi müharibədirsə, istər tarif müharibəsi, istər ticarət müharibəsi və ya hər hansı digər müharibə növü olsun, biz sona qədər mübarizə aparmağa hazırıq”.

 Tramp Çinə qarşı tarif dərəcəsini 20 faizə qaldırıb

ABŞ prezidenti Tramp fevralın 1-də imzaladığı fərmanla Çindən idxala 10 faiz gömrük rüsumu tətbiq edib. Sözügedən tarif fevralın 4-dən qüvvəyə minib.

Çinlə razılığa gələ bilmədikləri təqdirdə tariflərin arta biləcəyi barədə xəbərdarlıq edən Tramp fevralın 27-də Truth Social hesabındakı paylaşımında martın 4-də Çinə əlavə 10 faizlik tarif tətbiq ediləcəyini açıqlayıb.

Dünən imzaladığı fərmanla Tramp ölkəyə gələn “fentanillə mübarizədə uğursuzluq” səbəbiylə Çinə tətbiq edilən gömrük rüsumlarını 10 faizdən 20 faizə qaldırdığını açıqlayıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İsveç Xarici İşlər Nazirliyi anti-İslam hərəkətini pislədi

Nigar Məmmədova

Si Cinpin Putinə Ukraynadakı nüvə hücumu ilə bağlı xəbərdarlıq edib

Nigar Məmmədova

İzdihamda 11 nəfər həyatını itirdi, 6 nəfər yaralandı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu