Hindistan 2020-ci ildə dayandırılan Çinə birbaşa uçuşların bərpa ediləcəyini açıqlayıb. İlk uçuş oktyabrın sonlarına planlaşdırılır. Hindistan və Çin arasında COVID-19 və sonrakı sərhəd toqquşmalarına görə dayandırılan birbaşa uçuşlar oktyabrın sonuna kimi bəzi şəhərlərdə bərpa olunacaq.
Hindistanın Pekindəki səfirliyi hava yollarının qərarlarına uyğun olaraq iki ölkənin bəzi şəhərləri arasında birbaşa uçuşların oktyabrın sonunadək bərpa olunacağını açıqlayıb.
Bəyanatda bu addımın “Hindistan hökumətinin Çinlə münasibətləri mərhələli şəkildə normallaşdırmaq səylərinin” bir hissəsi olduğu bildirilib.
Mənbə: HurriYet