Dünya

Çin‑Yaponiya ticarətində gərginlik: ixrac qadağası

Çin hökuməti Yaponiya bazarına yönəlmiş bəzi “ikili istifadə” mallarının ixracını məhdudlaşdırıb. Bu qadağa Çin Ticarət Nazirliyi tərəfindən Yaponiya üçün nəzərdə tutulan və həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilən texnologiyalar, mallar və xidmətlərə şamil olunur. Rəsmi bəyanatda belə məhsulların Yaponiya hərbi istifadəçilərinə və ya ölkənin hərbi qabiliyyətini artırmaq potensialı olan digər istifadəçilərə ixracının qadağan edildiyi bildirilib, pozuntular zamanı qanuni məsuliyyət tədbirləri tətbiq olunacağı vurğulanıb. Məhdudiyyətlər nadir torpaq metalları, qabaqcıl elektronika və aviasiya komponentləri kimi strateji əhəmiyyətli məhsullar da daxil olmaqla geniş spektrdə malları əhatə edə bilər, baxmayaraq ki, Pekin siyahını tam dərc etməyib. Bu qadağa Yaponiya Baş naziri Sanae Takaichinin Taivana dair açıqlamalarından sonra yüksələn gərginlik fonunda atılıb və iki ölkə arasındakı münasibətləri kritik bir məqama gətirib.

Yaponiyanın Xarici İşlər Nazirliyi bu addımı “tamamilə qəbuledilməz” adlandıraraq sərt şəkildə tənqid edib və gələcəkdə Çinlə ticarət mübadiləsinin sabitliyi üçün narahatlıq ifadə edib. Rəsmilər xüsusilə Çinlə ticarətdə əsas rol oynayan nadir torpaq metallarının mümkün məhdudlaşdırılması perspektivinin sənaye və texnologiya sektorunda ciddi təsirlər yarada biləcəyinə diqqət çəkiblər. Ekspertlər hesab edirlər ki, bu qadağa Yaponiya ilə Çinin iqtisadi əlaqələrinə yalnız qısamüddətli deyil, uzunmüddətli təsir göstərə və regional ticarət gərginliyini daha da dərinləşdirə bilər.

Mənbə: Financial Times

Aynur Camal

Oxşar xəbərlər

İngiltərənin Tehrandakı səfirliyi müvəqqəti bağlandı

Aynur Camal

Kanada hökuməti İranda olan vətəndaşlarına “dərhal ölkəni tərk edin” çağırışı etdi

Aynur Camal

Dünya Bankı Ermənistana 70,4 mln. avro kredit ayıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu