Bugun.tv xəbər verir ki, Çin Fukusima İn-Dai Atom Elektrik Stansiyasında toplanmış radioaktiv tullantı sularını axıdmaq planına görə Yaponiyadan dəniz məhsullarının idxalını qadağan edib. South China Morning Post qəzetinin xəbərinə görə, Çin Baş Gömrük İdarəsi tərəfindən verilən açıqlamada, qida təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbilə Yaponiyadan dəniz məhsulları idxalının qadağan edildiyi qeyd edilib. Açıqlamada Yaponiyanın müxtəlif bölgələrindən gətirilən qida məhsullarının, xüsusilə də dəniz məhsullarının sertifikat sənədlərinin yoxlanılmasının keçmişlə müqayisədə daha sərt olacağı vurğulanıb. Çin Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Fukusima İn-Dai Atom Elektrik Stansiyasına dair hesabatının qanuniliyini şübhə altına alıb və radioaktiv tullantı sularının okeana buraxılmasına icazə verməyəcəyini bəyan edib.
Qeyd edək ki, hələ 2011-ci ilin martında baş verən zəlzələdən sonra Çin Yaponiyanın bəzi bölgələrindən ərzaq idxalını qadağan etdi.
Mənbə: TRT Haber
