3 C
Baku
14 Dekabr 2025, 15:32
DünyaSiyasət

“Çin yeni texnologiyaların silahlı qüvvələrdə tətbiqini sürətləndirmək istəyir”

“ÇİN sədri Si Cinpin hərbi sahədə elmi tədqiqatlara görə mükafatlandırma qaydalarının təsdiq edilməsi ilə bağlı fərman imzalayıb. Yeni sənəd silahlı qüvvələrin yeni texnologiyalarla gücləndirilməsi strategiyasının tərkib hissəsidir.

Əsas meyar isə elmi və texnoloji yeniliklərin döyüş qabiliyyətinə töhfəsi olacaq.

Görünən odur ki, ÇİN hərbi təhqiqatlara daha çox şirkət və təhqiqatçı cəlb etməklə, yeni texnologiyaların silahlı qüvvələrdə tətbiqini sürətləndirmək istəyir.

Bir müddət öncə ABŞ Prezidenti Doland Trumpın iddialı 1 trl dollarlıq “Qızıl qübbə” layihəsini elan etməsindən, və Aİ 150 mlrd avroluq müdafiə fondu elan etməsindən sonra rəsmi Pekinin ABŞ və Brusselin qərarına reaksiyasıdır. Yəni bir tərəfin müdafiə strategiyası digər tərəfdə hücum siqnalı kimi qəbul edilir və nəticədə silahlanma yarışı əlavə sürət qazanır.

Son dönəmdə süni intelekt sahəsində əldə edilən nəticələrin artıq yaxın zamanlarda hərbi sənayedə tətbiqini qaçılmaz edir. Yaxın gələcəkdə əməliyyatların idarə edilməsi sahəsində insan faktorunun minimallaşdırılması və prossesin avtomatlaşdırılmasının şahidi ola biləcəyik. Artıq suni intelekt əsaslı layihələrin Yaxın Şərqdə əməliyyatlarda sınaqdan keçirilməsinə dair məlumatlar var. Hələ ki, suni intelekt əsaslı layihələr əsasən döyüş meydanından kəşfiyyat əldə edilməsində istifadə edilir. Ancaq yaxın gələcəkdə, kəşfiyyat, analiz və qərar qəbul etmənin avtomatlaşdırılması ilə müharibələr yeni xarakter ala bilər ki, bunan sonra artıq döyüşlərdə humanizm prinsipləri, hüquqi çərçivə kifayət qədər daralacaq”.

Mənbə: Siyasi şərhçi Aqil Məmmədov- Facebook

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-ın genetik araşdırma şirkəti 6,9 milyon insanın məlumatının oğurlandığını açıqladı

Bugün TV

Yaponiyada zəlzələ: ölənlərin sayı 65-ə çatdı, yaralıların sayı 100-ü ötdü

Bugün TV

Bakıda Əlcəzair Xalq Demokratik Respublikasının Milli Bayramı qeyd olunub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu