Bugun.tv xəbər verir ki, Yol hərəkəti qaydalarını pozduğuna görə Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılan “Jiquli” markalı avtomobilin dövlət qeydiyyat nişanlarının saxta olduğu aşkarlanıb.
Araşdırma zamanı məlum olub. Nəqliyyat vasitəsini idarə etmə hüququ olmayan Abşeron rayon sakini Vidadi Yusifov Cinayət Məcəlləsinin müvafiq maddəsilə axtarışda olmaqla yanaşı, sözügedən “VAZ 2107” markalı avtomobili saxta üsulla hazırladığı 90-FL-009 dövlət qeydiyyat nişanları ilə etibarnaməsiz idarə edib.
Həmin şəxs barəsində inzibati qanunvericiliyə uyğun tədbirlər görülməklə sonrakı araşdırma üçün aidiyyəti polis orqanına təhfil verilib.