11 C
Baku
3 Dekabr 2025, 20:08
Baş xəbərKriminal

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi məlumat yaydı

DİN-in mətbuat xidmətindən Bugun.tv-yə  məlumat daxil olub. Məlumata görə, ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 103, həmçinin borclu şəxs qismində axtarışda olan 88 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Milli parkda qiymətli çita balaları öldü

Aynur Camal

İsrail ordusu qarşıdurmalarda ölən daha 12 əsgərin adını açıqladı

Bugün TV

Sürücü olmaq mədəniyyət tələb edir: yol hərəkətində etik davranışın rolu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu