33 C
Baku
20 İyul 2025, 19:34
Baş xəbərKriminal

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi məlumat yaydı

Bugun.tv xəbər verir ki, iyunun 6-da ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, axtarışda olan, ümumilikdə, 134, o cümlədən borclu şəxs qismində axtarılan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb. Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.

 

Teymur Əziz

Oxşar xəbərlər

İki fərqli yerdə böyük partlayışlar!

Aynur Camal

ABŞ-dan İsrail və Həmas-a “Yaxşı, ya davam et” təklifi!

Aynur Camal

İskəndərun limanında 45 milyon ton yük daşındı

Könül Kərimova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu