28 C
Baku
9 İyun 2025, 17:39
Baş xəbərHadisəKriminal

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanıldı

Şamaxıda biçilmiş əkin sahəsini yandıran şəxslər müəyyən olunub

DİN-in mətbuat xidmətindən Bugun.tv – yə verilən məlumata görə, ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 145, o cümlədən borclu şəxs qismində axtarışda olan 120 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Qaz doldurma anbarında partlayış baş verdi: 1 ölü, 1 yaralı var

Bugün TV

Münasibətlər qardaşlıq, strateji müttəfiqlik əsasında qurulub

Aynur Camal

Daşqın nəticəsində ölənlərin sayı 40-a çatdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu