8 C
Baku
23 Dekabr 2024, 8:39
Kriminal

Cinayət əməlində təqsirləndirilən şəxs sürücülük hüququ olmadan saxta nömrə nişanlı avtomobildən istifadə edirdi

Bugun.tv xəbər verir ki, Yol hərəkəti qaydalarını pozduğuna görə Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılan “Jiquli” markalı avtomobilin dövlət qeydiyyat nişanlarının saxta olduğu aşkarlanıb.

Araşdırma zamanı məlum olub. Nəqliyyat vasitəsini idarə etmə hüququ olmayan Abşeron rayon sakini Vidadi Yusifov Cinayət Məcəlləsinin müvafiq maddəsilə axtarışda olmaqla yanaşı, sözügedən “VAZ 2107” markalı avtomobili saxta üsulla hazırladığı 90-FL-009 dövlət qeydiyyat nişanları ilə etibarnaməsiz idarə edib.

Həmin şəxs barəsində inzibati qanunvericiliyə uyğun tədbirlər görülməklə sonrakı araşdırma üçün aidiyyəti polis orqanına təhfil verilib.

İntizar Əmirova

Oxşar xəbərlər

Tanınmış blogger ağır yol-nəqliyyat qəzası törətdi

Kəmalə Sultan

“Yol hərəkəti qaydalarının pozulması halları artıb”

Aynur Camal

Yasamalda oğurluq əməli törədənlər yaxalandı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu