Hazırda Çinin şimalında soyuq temperatur və güclü külək müşahidə olunur. Bunun ölkənin şimal və şimal-şərq bölgələrində ilin ən güclü qum fırtınalarına səbəb olacağı bildirilib.
Bugun.tv xəbər verir ki, paytaxt Pekində hava çirkliliyi zəhərli olaraq təyin edilən səviyyəyə yüksəlib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ildə 5 mikroqramdan yuxarı PM2.5 konsentrasiyasını “insan sağlamlığı üçün zərərli” hesab edir. Bu dəyərdən yüksək hava çirkliliyinə məruz qalan insanlarda tənəffüs və ürək-damar xəstəliklərin yarana biləcəyi barədə xəbərdarlıq edir.

