Budaqlanmış struktur 58 metr yüksəklikdədi. Bu, eyni zamanda bağ, istirahət zonası və ətraf əraziyə təsir edici mənzərəsi olan müşahidə göyərtəsidir.
Tarixi Xi’an şəhərinin yeni attraksionu var – Heatherwick Studio tərəfindən yaradılmış şaquli park və ya müşahidə göyərtəsi. Ləçəklərə bənzəyən pilləli terrasları olan ağac formasında dizayn edilmiş qüllə ziyarətçilərə panoramik mənzərələrdən həzz almağa imkan verir, New Atlas yazır.
Xi’an ağacının (“Sian ağacı”) hündürlüyü 58 m-dir, 56 terrası və şəlaləli bağları var. Park üçün bitkilər İpək Yolu boyunca – alp tundrasından quru çöllərə qədər təbiətin müxtəlifliyini göstərmək üçün seçilmişdir. Ən yuxarıda bağ var. “Botanika bağı kimi, hər bölmədə çoxunu əvvəllər görmədiyiniz unikal bitki çeşidləri var. Aşağıdakı terraslarda gəzən piyadaların hündürlüyündə yeni və köhnənin bir-birinə qarışdığı Sianın mənzərələrini görürsünüz,” Heatherwick Studio yazır.
Ağac formalı park, ərazinin bütün dizaynı kimi, eramızdan əvvəl 210-209-cu illərdə yaradılmış Çin döyüşçülərinin və onların atlarının minlərlə heykəllərinin dəfn olunduğu Siandakı məşhur Terracotta Ordusundan ilhamlanıb.
Tikinti zamanı Heatherwick Studio 100.000-dən çox keramik plitə istehsal edən yerli keramikaçılarla işləmişdir. Dizaynda həmçinin ənənəvi Çin məbədlərinin damlarına istinadlar var. Layihəyə parkla yanaşı, yaşayış binaları, ticarət mərkəzləri, açıq meydançalar, ofislər və otel kompleksləri də daxildir. Yaşıl abadlıq və çoxlu gəzinti yolları da yaradılıb. Layihə Nyu Yorkdakı Kiçik Adadan sonra Heatherwick Studio tərəfindən yaradılan son böyük parklardan biridir. Əvvəllər memarlıq bürosu Tokionun mərkəzində yeni məhəllə tikib.
Mənbə: mail.ru