27 C
Baku
10 İyun 2025, 9:46
Dünya

Çindən ABŞ-ı qəzəbləndirəcək mesaj! “Biz Danimarkanın Qrenlandiya üzərində suverenliyini dəstəkləyirik”

ABŞ prezidenti Donald Tramp vəzifəyə gəldiyi gündən Qrenlandiyanın ABŞ-ın nəzarətində olması lazım olduğu barədə açıqlamaları ilə gündəmdə olsa da, Çindən yeni bir addım gəldi. Çinin xarici işlər naziri Vanq Yi Danimarkanın Qrenlandiya üzərində suverenliyini dəstəklədiyini bildirib.

Nazir Vanq Çində səfərdə olan Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen ilə görüşüb və Çinin Danimarkanın Qrenlandiyada suverenliyinə və ərazi bütövlüyünə tam hörmət etdiyini bildirib. Çin Xarici İşlər Nazirliyi görüşlə bağlı açıqlamasında; Vanq, Danimarkanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı məsələlərdə də eyni münasibəti görməyə ümid etdiklərini vurğulayaraq, Çinin qanuni mövqelərinə dəstək gözlədiklərini bildirib.

PEKİNDƏN TƏNQİD

Pekin, suverenlik mübahisəsi olan Tayvanın keçmiş lideri Tsay İnq-venin keçən həftə Danimarkaya səfərinə görə Kopenhageni tənqid edib.

ABŞ prezidenti seçildikdən və vəzifəyə gəldikdən sonra dəfələrlə Qrenlandiyanın ölkəsinin nəzarəti altında olması lazım olduğunu bəyan edərək, adaya sahiblik və nəzarətin olmasının “tamamilə zəruri” olduğunu müdafiə edib.

Mart ayında Konqresə müraciət edən Tramp, “Qrenlandiya milli təhlükəsizlik və hətta qlobal təhlükəsizlik üçün kritik əhəmiyyətə malikdir. Biz bunu əldə etmək üçün bütün tərəflərlə işləyirik. Bu və ya digər şəkildə bunu əldə edəcəyik” deyib.

ABŞ prezidenti iddia edib ki, Amerikanın Qrenlandiyaya sahib olması “azad dünyanı müdafiə etmək” üçün zəruridir.

Trampın sözləri bir çox qrupların, xüsusən də Qrenlandiya rəsmilərinin qəzəbinə səbəb olub.

Qrenlandiyanın baş naziri Mute Bourup Egede: “Qrenlandiya Qrenlandiya xalqına məxsusdur. Biz satılmamışıq və heç vaxt da satılmayacağıq. Uzun müddətdir davam edən azadlıq mübarizəmizi itirməyəcəyik” demişdi.

Qeyd edək ki, Danimarka Krallığının tabeliyində olan Farer adalarının iki muxtar bölgəsindən biri olan Qrenlandiya, bağlı olduğu Danimarkadan 3000 kilometr aralıda yerləşir.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

Prezident daha bir fərman, bir sərəncam imzaladı

Aynur Camal

PKK əməliyyatı: 26 nəfər nəzarətə alındı

Elnarə Dərziyeva

Vladimir Zelenski: Rusiya Atom Elektriik Stansiyasında partlayışa törətməyə hazırdır

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu