13 C
Baku
1 Aprel 2025, 23:38
Baş xəbərDünya

Çindən kosmosa yeni peyk! Siqnal ötürülməsini təmin edəcək

Çin kosmosa yeni peyk buraxıb. Kosmosda siqnal ötürülməsini təmin etmək üçün nəzərdə tutulduğu bildirilən ‘Tienlian 2-04’ peyki Sicuan əyalətindəki Xichang Peyk Mərkəzindən buraxılıb.

Sinxua agentliyinin məlumatına görə, peyk Sıçuan əyalətindəki Siançang Peyk Mərkəzindən Long March 3B raketi ilə orbitə çıxarılıb.

Peykin planlaşdırılmış orbital mövqeyinə yerləşdiyi buraxılış Long March raketləri ilə həyata keçirilən 565-ci uğurlu faydalı yük missiyası idi.

Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) tərəfindən hazırlanmış və adı Çin dilində “səma bağlantısı” mənasını verən “Tienlian” sinif peykləri kosmik gəmilər və digər peyklər, kosmik stansiya və yer idarəetmə mərkəzləri arasında siqnal ötürməklə uzaqdan ölçmə, izləmə və əmr xidmətləri təmin etməyi hədəfləyir.

Bu məqsədlə hazırlanmış birinci nəsil “Tienlian 1” şəbəkəsini təşkil edən beş peyk 2008-2021-ci illər arasında orbitə buraxılmışdır. 2012-ci ilin iyul ayında Tianlian 1 şəbəkəsinin üçüncü peykinin orbitə buraxılması ilə Çin ABŞ-dan sonra kosmosda fasiləsiz siqnal ötürmə qabiliyyətinə malik ikinci ölkə olub.

Tienlian sinifli peyklərin ikinci nəsil “Tienlian 2” peyklərindən birincisi 2019-cu ilin martında, ikinci peyki 2021-ci ilin dekabrında, üçüncü peyki isə 2022-ci ilin iyulunda kosmosa göndərilib.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

Əməliyyatlar zamanı 8 nəfər saxlanıldı

Bugün TV

Bir hərbi qulluqçumuz yaralandı

Aynur Camal

Bakıda DƏHŞƏTLİ HADİSƏ: Tələbələr həlak oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu