24 C
Baku
28 İyun 2025, 22:41
Baş xəbərDünya

Çində 25 uşağı zəhərləyən və birini öldürən müəllim edam edildi

Bugun.tv xəbər verir ki, Çində məhkəmə 25 şagirdini zəhərləyən və birini öldürən uşaq bağça müəllimi Vanq Yun haqqında edam qərarı çıxıb. Henan əyalətinin Birinci Dairə Məhkəməsinin qapısına asılmış elana görə, uşaq bağçası müəlliməsi Vanq dünən edam edilib.

27 may 2019-cu ildə Vanqın Menqpen uşaq bağçasında 25 şagirdin düyü sıyığına zəhərli natrium nitrat qarışdırmasından sonra çoxlu uşaq zəhərlənsə də, Vanq adlı şagird 10 aylıq müalicədən sonra orqan çatışmazlığından dünyasını dəyişib.

Bağça müəlliməsi Vanqın ərini daha əvvəl internetdən aldığı eyni maddə ilə zəhərləməyə çalışdığı bildirilir.

Sözügedən müəllimə qəsdən zərər vurmaq maddəsi ilə 9 ay həbs cəzası verilib, sonradan bu cəza ölüm cəzası ilə əvəzlənib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Avtomobil məktəb qarşısında izdihamın üzərinə sürdü

Aynur Camal

Azərbaycanlı alim: “Xəzər dənizi öz ərazisinin 34%-ni itirəcək”

Aynur Camal

Hizbullah İsraili yeni dağıntılar və yanğınlarla hədələyir

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu