Bu il məşhur “CinemaPlus” kinoteatrlar şəbəkəsinin 10 yaşı tamam olur.
Bu münasibətlə 17 dekabr “Dəniz Mall” Ticarət Mərkəzində yerləşən kinoteatrda, “CinemaPlus” kinosevərlərlə birlikdə öz yubileyini qeyd etdi. Kinoteatr çoxlu sayda qonaqlarla möhtəşəm bir festival keçirdi.
Foto zona, şarlar, bayraqlar, “Dolivets Events” şirkətinin animatorları, hündür boylu kuklalar və “Merry Band” peşəkar musiqi qrupunun müşaiyəti ilə təkcə uşaqları deyil, böyükləri də sevindirdi.
“ArtEast Group” reklam agentliyi festivala böyük məmnuniyyətlə qatılan qonaqların və tamaşaçıların foto və video çəkilişini təşkil etdi.
Lakin sürprizlər bununla da bitməyib və CinemaPlus belə əlamətdar gün üçün xüsusi hazırlanmış aksiya ilə hamını sevindirmək qərarına gəlib. Biletləri onlayn almaqla siz “Soliton” şirkətindən müxtəlif hədiyyələr qazanma şansı əldə edirsiniz. Aksiya dekabrın 31-dək qüvvədə olacaq.
“CinemaPlus” kinoteatrlar şəbəkəsi öz ənənəsini pozmayaraq növbəti dəfə çox parlaq festival keçirmişdir.
CinemaPlus şəbəkəsinə 10 kinoteatr, 50+ ekran və 5000+ oturacaq daxildir.
Yüksək ölçülü 3D-kontentini nümayiş etdirmək imkanı olan rəqəmsal proyeksiya sistemi və yüksək keyfiyyətli kinoekranlar ilə təchiz olunub. Həmçinin, gücləndirilmiş parlaqlıq və “Enhanced 4K Barco” dəqiq təsvirinə malikdir. Bütün bunlar və başqa amillər kinofilmləri ən yaxşı keyfiyyətdə nümayiş etdirmək imkanı yaradır.
“CinemaPlus” kinoteatrlar şəbəkəsinin tətbiq etdiyi “Platinum Movie Suites” konsepsiyası tamaşaçılara yüksək komfortlu, dəbdəbəli və dəridən hazırlanmış, söykənəcəyi tam arxaya açılan italyan və ispan kreslolarda film izləmək və kinoseans zamanı qida və içkiləri sifariş etmək imkanı yaradır.