18 C
Baku
25 Aprel 2025, 10:20
Baş xəbərMədəniyyət

CinemaPlus-da “Bundan sonra. Hər zaman” filminin romantik üslubda tədbiri keçirildi

Bugun.tv xəbər verir ki, “28 Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında amerikalı yazıçı Anna Toddun kitabı əsasında “Bundan sonra. Hər zaman” filminin son hissəsinin premyeradan öncə nümayişi keçirilib. Çoxdan gözlənilən melodram janrında film, dünyada milyonlarla pərəstişkarı olan, kommersiya baxımından ən uğurlu müstəqil kinofranşizalardan biridir.

Tessa ilə mübahisədən qurtulmaq və keçmişinin səhvlərini düzəltmək üçün Hardin Atlantik sahillərində günəşli Lissabona yollanır. Tamaşaçıları Portuqaliyaya romantik səyahət gözləyir.

Son film, nəhayət, bütün pərəstişkarların uzun zamandır izlədiyi Tessa və Hardinin sevgi hekayəsini yekunlaşdıracaq. Görəsən, bu nağılın sonu necə olacaq?

Əvvəlki hissələrin ən yaxşı ənənələrində film vizual olaraq parlaq və qəşəng görünür və Portuqaliya mənzərələri şəkilə miqyas və təravət əlavə edir. Franşıza heç vaxt bu qədər gözəl görünməmişdi!

Filmin rejissoru Kastill Lendondur. Baş rollarda Cozefina Lenqford, Hiro Fayns-Tiffin, Luiza Lombar, Stiven Moye, Cessika Vebber, Kora Kirk və başqaları çəkilib.

“Party Time” dekor şirkətinin dizaynı və işıqlandırılması, “A1” rəqs qrupunun parlaq şousu “CinemaPlus”da keçirilən gecəyə romantik ab-hava qatıb.

Həmçinin tədbirin təşkilində “VOЛЬGА” kino şirkəti, Cinema Distribution, Brand Media Groups, foto və video “Light in Black” kreativ şirkəti, MADO restoranı, “Чёткая” Organic vodka və Red Bull dəstək göstəriblər.

Tədbir filmin nümayişi ilə başa çatıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Tullantıları urnalardan kənara atan şəxs aşkarlandı

Kəmalə Sultan

Qaçaqmalçılıq yolu ilə 24 milyon dəyərində etil spirti ələ keçirildi

Kəmalə Sultan

Nuhun gəmisinin yeri bəlli oldu! Alimlər 3 min il yaşı olan dünyanın ən qədim xəritəsini deşifrə etdilər!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu