19 C
Baku
8 Sentyabr 2024, 3:21
Baş xəbərMədəniyyət

“CinemaPlus” kinoteatrında “Çok aşk” romantik komediyası

Bugun.tv xəbər verir ki, “CinemaPlus” premium kinoteatrlar şəbəkəsində noyabrın 9-dan etibarən eksklüziv olaraq “Çok aşk” adlı Türk romantik komediyasının nümayişi baş tutacaq.

Filmin baş rol aktyoru və ssenaristi Hasan Can Kaya, rejissoru isə Kıvanç Baruönüdür. “Çok aşk” komediyası, xüsusilə musiqidə, Yeşilçam dövrünün həyatını təqlid edir. Tamaşaçılar Hasan Can Kayanı “1 Erkek 1 Kadın” serialının ssenaristlərindən biri və “Konuşanlar” tolk şousunun aparıcısı kimi tanıyır.
Filmin özəlliyi ondadır ki, fraqment parodiyalar təəssüratı yaradır. Amma buna baxmayaraq, Hasan Can personajları iş və sevgi sınaqları vasitəsilə birləşdirərək bütün hissələri bir süjetə toplayır. Aktyor heyəti Büşra Pekin, Barış Yıldız, Şebnem Sönməz və Uğur Yücel kimi tanınmış adlarla zəngindir.
Film arzularını həyata keçirməyə və həyatının sevgisinin qəlbini fəth etməyə çalışan bir insanın hekayəsindən bəhs edir. Coşqun ən böyük arzusu komediya aktyoru olmaq və film çəkmək olan gəncdir. Böyük qardaşı İrfanla birlikdə pirat filmlər sataraq çörək pulu qazanan Coşqun həyatının eşqi Ayla ilə tanış olduqdan sonra tamamilə fərqli bir hal alır. Coşqun həm kino xəyallarını reallaşdırmaq üçün ssenari yazır, həm də aşiq olduğu Aylanın könlünü almağa çalışır.
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etməyə və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.
Teymur Əziz

Oxşar xəbərlər

Qida fabrikində yanğın baş verdi

Bugün TV

Mina partlayışı nəticəsində xəsarət alan sakinin sol ayağı amputasiya edildi

Aynur Camal

BelTA haker hücumuna məruz qaldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu