24 C
Baku
10 Sentyabr 2025, 3:05
Mədəniyyət

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu-FOTOLAR-VİDEO

“CineMastercard” kinoteatrında ilin ən gözlənilən “Cadu 4: Son Ayin” Amerika qorxu filminin öncədən nümayişi keçirilib. Tədbir, Portal Games kvest ilə əməkdaşlıq sayəsində, həqiqətən də yaddaqalan hadisəyə çevrildi. Burada özünəməxsus mühit formalaşdı və qonaqlar qorxu ilə mistikanın nadir və unudulmaz təsirini hiss etdilər.

Qonaqları hələ film başlamazdan əvvəl özlərini o biri dünyanın mərkəzində hiss etdilər. Tədbir üçün xüsusi olaraq tematik fotozona hazırlanmışdı. Peşəkar aktyorlar isə fövqəltəbii aləmin qəhrəmanlarına çevrilərək “Cadu” süjetinə tam qərqolma effekti yaradıblar.

Qapalı nümayişdə “Mastercard” beynəlxalq ödəniş sistemin “Priceless” təcrübələr çərçivəsində dəvət olunan xüsusi qonaqlar, tanınmış simalar, içtimai xadimlər, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər.

Tədbirin təşkilində kvest şirkət- Portal Games, “MADO” restoranı, foto və video “Light in Black” kreativ şirkəti, işıq effektləri “ProEvents”, Azərbaycanda ilk orqanik şərab istehsalçısı – “Meysəri” şərabları və Red Bull dəstək göstəriblər.

Məşhur franşizanının dördüncü hissəsi, tanınmış demonoloqlar və paranormal hadisələr üzrə ekstrasenslər Ed və Lorreynin həyat və araşdırmalarının qaranlıq xronikasını açmağa davam edir. Əvvəlki filmlərdə olduğu kimi, bu hissə də real hadisələrə əsaslanır və izləyiciləri daha gərgin, sirli və gözlənilməz süjet xətti ilə heyrətləndirməyə hazırdır.

Rejissor: Maykl Çaves.

İstehsalat: Warner Bros. Pictures.

Baş rollarda: Vera Farmiqa, Patrik Uilson və başqaları.

Tədbir qonaqlara nəinki filmə baxmağa, hətta nümayiş başlamazdan əvvəl qorxu mühitini hiss etməyə imkan verdi.

Tamaşaçılar “CineMastercard” kinoteatrlar şəbəkəsində ilin ən gözlənilən “Cadu 4: Son Ayin” qorxu filmini türk, ingilis və rus dillərində izləyə biləcəklər. Bundan əlavə, film 4DX və ScreenX formatlarında da təqdim olunur. Bu texnologiyalar ekranda baş verənləri daha real hiss etməyə imkan verir və izləmə təcrübəsini maksimum dərəcədə həyəcanverici edir.

Mənbə: Nezer.media

Aynur Camal

Oxşar xəbərlər

“Mənə sevməyi öyrət” adlı kitabın təqdimatı keçirilib – VİDEO

Aynur Camal

Kadır İnanır evə buraxılmadı

Bugün TV

  Gənclər arasında milli-mənəvi dəyərlərin təbliği davam etdirilir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu